“İmmunlaşdırma proqramında beynəlxalq standartlar tətbiq olunur” - Video Hadisə

“İmmunlaşdırma proqramında beynəlxalq standartlar tətbiq olunur” - Video

"Hər 5 ildən bir təsdiq olunan tədbirlər proqramı çərçivəsində dövlət hesabına 11 xəstəliyə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir".

Teleqraf.com xəbər verir ki, bunu deputat Soltan Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur:

"Yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra digər xəstəliklərin könüllü olaraq peyvənd vurulması istiqamətində hər il Azərbaycanda müxtəlif layihələr icra olunur.

Xüsusilə payız fəslində xüsusi risk qrupundan olan həkimlər, qocalar, xroniki xəstəliklərdən əziyyət çəkən pasientlər arasında fəsil qripinə qarşı peyvəndləmə aparılır. Bu, hər birimizin, xüsusilə risk qrupundan olan insanların tənəffüs yolu xəstəliklərindən müdafiə olunmasına xidmət edir".