Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu Hadisə

Elektrik qatarlarının cədvəlinə dəyişiklik ləğv olundu

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanılır.