Ağdərə istiqamətində düşmənin tankı məhv edilib - MN Hadisə

Ağdərə istiqamətində düşmənin tankı məhv edilib - MN

Düşmənin daha bir tankı məhv edilib.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, keçmiş Ağdərə rayonunun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib.