Təhsil naziri: "Hazırda distant dərslər bir həftəlik dayandırılıb" Hadisə

Təhsil naziri: "Hazırda distant dərslər bir həftəlik dayandırılıb"

"1-ci kurslar üçün oktyabrın 1-dən ali məktəblərdə tanışlıq həftəsi olacaq".

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, digər kurs tələbələri ilə distant təhsil davam edir: "Distant dərslər hazırda bir həftəlik dayandırılıb, bununla bağlı da həll yolu araşdırılır".