Nazir: "Təhsil müəssisələrində hərbi hazırlıq üçün infrastruktur əsaslı şəkildə yaxşılaşıb" Hadisə

Nazir: "Təhsil müəssisələrində hərbi hazırlıq üçün infrastruktur əsaslı şəkildə yaxşılaşıb"

“Son dövrlərdə təhsil müəssisələrində hərbi hazırlıq üçün infrastruktur əsaslı şəkildə yaxşılaşıb”.

Bunu bu gün keçirilən brifinqdə Təhsil nazir Emin Əmrullayev deyib. O bildirib ki, bu dərslərin keçirilməsi davam etdirilir. Nazirin sözlərinə görə, bu dərslər tədris planlarına uyğun aidiyyəti şəkildə davam etdiriləcək.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, Hərbi hazırlıq fənni X-XI siniflərdə tədris olunur: "Hətta uyğunlaşdıırlmış tədris planında hələ təcavüz olmayan vaxtda nəzərdə tutmuşduq ki, 2 saatdan biri mütləq əyani olmalıdır. X-XI sinif şagirdləri o dərsin birini mütləq məktəbdə keçməlidirlər. Bu qayda qalır”.