Emin Əmrullayev: “Təhsil sahəsində çalışanların arasında da səfərbərliyə cəlb olunanlar var” Hadisə

Emin Əmrullayev: “Təhsil sahəsində çalışanların arasında da səfərbərliyə cəlb olunanlar var”

“Hərbi səfərbərliyə cəlb olunan müəllimlərin statistikası yoxdur, amma təhsil sahəsində çalışanlar prosesdə iştirak edirlər”.

Bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Nazir bildirib ki, hansısa müəllim gedərsə, onun əmək haqqı saxlanılmaqla başqa müəllim tərəfindən əvəz edilə bilər: “Hazırda hər hansı çətinliyə dözmək olar, əsas odur torpaqlarımız azad edilsin”.

Ə.Əmrullayevin sözlərinə görə, hazırda 65 yaşdan yuxarı olan müəllimlər dərsə gəlməsə də, onlar əvəz edilməklə, əmək haqları saxlanılır.