Bu il fərarilik qeydə alınmayıb - Hərbi prokuror Hadisə

Bu il fərarilik qeydə alınmayıb - Hərbi prokuror

İlin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Bu sözləri Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün “Xalq Qəzeti” qəzetində dərc edilən məqaləsində qeyd edib.
Onun sözlərinə görə, cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə cinayəti ümumiyyətlə qeydə alınmayıb.