Ukrayna ilə Azərbaycan arasında aviareyslərin bərpası təxirə salınıb Hadisə

Ukrayna ilə Azərbaycan arasında aviareyslərin bərpası təxirə salınıb

“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakıya reyeslərin bərpası tarixini növbəti dəfə təxirə salıb.

İki ölkə arasında uçuşlar karantin müddətinin uzadılması ilə əlaqədar oktyabrın sonunadək təxirə salınıb.

Şirkət öz açıqlamasında bildirib ki, ölkədəki epidemioloji vəziyyəti, eləcə də Dağlıq Qarabağdakı hadisələri diqqətlə izləyəcək.

Qeyd edək ki, iki ölkə arasında ilk uçuşlar oktyabrın 4-də baş tutmalı idi.