Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi Hadisə

Vacib ərazi və yüksəkliklər azad edilib - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər azad edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.