11 illik bazadan kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadılır Hadisə

11 illik bazadan kolleclərin boş qalan yerlərinə qəbul olunanların qeydiyyat müddəti uzadılır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti 27 oktyabr saat 17:00-dək uzadılır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçirilir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.