Ombudsman: “Son bir ayda Ermənistan ordusunun hücumu nəticəsində 10 uşaq həlak olub, 32-si yaralanıb” Hadisə

Ombudsman: “Son bir ayda Ermənistan ordusunun hücumu nəticəsində 10 uşaq həlak olub, 32-si yaralanıb”

“Azərbaycan uzun illərdir işğaldan əziyyət çəkir. Bir aydır Azərbaycan Ordusu əks-həmlə əməliyyatını keçirir. Ordumuz uğurlar qazanıb”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda qeyd edilən “Kəşmirin qara günü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan bu müddət ərzində həm də beynəlxalq hüquqa hörmət edən ölkələri tanıyıb ki, onlardan biri də Pakistandır: “Pakistan bu ədalət mübarizəsində Azərbaycanı dəstəkləyir”.
Ombudsman qeyd edib ki, bu bir ay ərzində Ermənistan ordusunun davamlı və intensiv şəkildə Azərbaycanın mülki əhalisini hədəf alması nəticəsində 10 uşaq həlak olub, 32 uşaq yaralanıb və bir neçə uşaq hər iki valideynini itirib: “Əfsuslar olsun ki, dünya bu ədalətsizliyə hələ də göz yumur. Ancaq inanırıq ki, ədalət zəfər çalacaq”.