Əmrin imzalandığı gün birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmət başlayacaq Hadisə

Əmrin imzalandığı gün birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmət başlayacaq

Müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.