Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb - FOTO Hadisə

Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb - FOTO

Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı terror əməlləri davam edir.

Trend xəbər verir ki, Ermənistan Ordusu tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə atılan raket nəticəsində ölənlərin sayının 4-də çatdığı deyilir.

X X X

17:40

Ermənistan növbəti dəfə dinc əhaliyə hücumu nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in yerli müxbirinin məlumatına görə, yaralananlar arasında uşaqlar da var.

X X X
17.28

Ermənistan növbəti dəfə dinc əhalini raket atəşinə tutub.

Trend-in məlumatına görə, Ermənistan Ordusu tərəfindən atılan raket Bərdə rayonunun Qarayusifli kəndi ərazisinə düşüb.

Hadisə nəticəsində bir mülki şəxs həlak olub, yaralılar var.