Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn edilib - FOTO Hadisə

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn edilib  - FOTO

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn olunub.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, dəfn mərasimində rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən gün saat 16 radələrində erməni silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 13 nəfər isə xəsarət alıb.