Ermənistan ordusunda qiyam baş verib Hadisə

Ermənistan ordusunda qiyam baş verib

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.

Trend-in məlumatına görə, qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib.

Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər.