Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN Hadisə

Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb - MN

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir: "Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb".