Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı Hadisə

Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı

Raket Bərdədə ticarət obyektləri yerləşən əraziyə düşüb. Ermənistan bilərəkdən insanların daha çox olduğu yeri seçib.

Trend-in məlumatına görə, bunu Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev deyib.

Onun sözlərinə görə, düşmən Bərdəni təsadüfən seçməyib. Bərdə Gəncədən sonra daha çox infrastruktur olan yerdir, ticarət daha çoxdur.