Ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir - Mütəxəssisdən XƏBƏRDARLIQ Hadisə
- 29 Oktyabr 2020 20:07
- 1 792
Azərbaycanda koronavirusa yoluxma sayının getdikcə artması onu deməyə əsas verir ki, artıq ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir.
Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün çox ciddi tədbirlər həyata keçirilsə, hətta karantin rejimi tətbiq edilsə də, insanlar qaydalara lazımi qədər əməl etmirlər:
"Çox təəssüf ki, insanlarımız mütəxəssislərin çağırışlarına ciddi əhəmiyyət vermirlər. Onlar sanki gündən-günə artan statistikanı real olaraq qəbul etmirlər. Əgər biz bugünkü ciddi vəziyyəti real olaraq qəbul edə bilmiriksə, daha ağır nəticələrlə üzləşə bilərik".
Y.Abdiyeva qeyd edib ki, son günlər ərzində ölkəmizdə yoluxma sayında artım müşahidə edilir. Lakin müəyyən günlərdə nisbi azalmanın baş verməsi hesabına göstəricilərdə müəyyən dalğavari vəziyyət də müşahidə edilir.
Mütəxəssis qeyd edib ki, oktyabrın 23-də ölkədə yeni yoluxma sayı 805, oktyabrın 24-də 792, oktyabrın 25-də 946 olub. Oktyabrın 26-da bu say azalaraq, 527-ə ensə də, oktyabrın 27-də yenidən say artaraq, 666-a, oktyabrın 28-də 988-ə yüksəlib:
"Bu gün açıqlanan məlumata görə isə ölkədə yeni yoluxma sayı 1015 olub. Bu, ölkəmizdə pandemiya dövründə qeydə alınan ən yüksək rəqəmdir. Ən təəssüfedici hal odur ki, yoluxma sayı ilə sağalma sayı arasında düzgün mütənasiblik yoxdur. Virusa yoluxanların sayı sağalanların sayını dəfələrlə üstələyir ki, bu da çox pis haldır. Nəzərə alaq ki, hazırda çarpayı fondumuz bu xəstələri yerləşdirməyə çatır. Lakin bu, həmişə belə ola bilməz. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, ölkəmiz indi müharibə aparır və bizim ən böyük düşmənimiz terrorçu ermənilərdir. Yoluxma sayının getdikcə artması isə bizə bu düşmənlə savaşda çətinliklər yarada, həm düşmən gülləsinə tuş gələn əsgərlərmizin, həm də virusa yoluxan xəstələrimizi həyata qaytaran tibb işçilərimizin iki cəbhədə vuruşmasına səbəb olacaq. Təbii ki, bu halda da düşmənlə mübarizədə lazımi effekti ala bilməyəcəyik. Əgər biz düşmənimizə qalib gəlmək istəyiriksə, koronavirusa da qalib gəlməli və həkimlərimizin ancaq mənfur düşmənlə mübarizənin aparıldığı ön cəbhədə çalışmasına imkan verməliyik. Yalnız bu, bizi qələbəyə yaxınlaşdıra bilər".
-
Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - FOTO
-
Fürsət qapıları həmişə açıq qalmır -Ərdoğandan Ermənistana ÇAĞIRIŞ
-
Azərbaycanca mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
-
Volodimir Zelenski COP29-a dəvət edilib
-
Prezident İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edir - CANLI
-
Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək
-
Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir - amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında
-
Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun
-
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
-
Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda rəsmi səviyyədə yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırdı
-
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
-
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirilib - VİDEO
-
Ölkədə dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir
-
Sabah hava necə olacaq? - PROQNOZ
-
Azərbaycanda dövlət orqanlarının təsnifatı genişləndirilir
-
Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır
-
Azərbaycanda yeni rüsum MÜƏYYƏN EDİLİR
-
Elektron siqaretlərin Azərbaycana idaxlının qadağan olunması ilə araşdırma başlaya bilər
-
Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun
-
Azərbaycana tütün məmulatının idxalı ilə bağlı yeni şərtlər müəyyən edilir
-
Azərbaycana xaricdən aşağı keyfiyyətli siqaretlərin gətirilməsinin qarşısı alınacaq – Yeni QANUN
-
Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq
-
Qüdrət Həsənquliyev: Bu inhisarçılıq yaratmaqdır
-
"Hakim partiya ölkənin Avropaya inteqrasiyasını təhlükə altına salacaq"
-
MŞ İdarə Heyətinin üzvü Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
-
BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin xüsusi əməyi və rolunu rusiyalılar unutmur - ŞƏRH
-
Azərbaycandan turist axını artıb
-
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi başlayır
-
Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə dinləmə keçirilir
-
Erməniəsilli Fransa jurnalisti Ermənistana buraxılmadı
-
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd olunur
-
“Paşinyan demək istəmişdi ki...”
-
Bakı və Moskva yeni siyasətə başlayır
-
Rusiya indiyə qədər 461 060 hərbçisini itirib
-
“Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür”
-
“4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır”
-
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 146 mlrd. manatı ötüb
-
“Məhz Azərbaycan qlobal fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Mokvaya zərbə vurulmayacağına zəmanət verir”
-
“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa
-
DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad ediləcək
-
Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcək
-
“Şəxsi məlumatların oğurlanması halları...”
-
“Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir”
-
“Müalicə TƏBİB-in işidir, səhiyyə siyasəti isə Səhiyyə Nazirliyinin”
-
“İran nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır” - Qüdrət Həsənquliyev
-
Güney Azərbaycanın şəhərlərində etiraz aksiyası keçirilib
-
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi açılıb
-
Güneyli aktivistin mühakimə prosesi keçirilib
-
Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb
-
BAM-a uğurlu rəhbərliyinə görə Heydər Əliyevə minnətdarıq - Veteran
-
Neftçalada narkotik satmaq istəyən şəxs ələ keçib
-
İranda Krım-Konqo hemorragik qızdırmasına yoluxanlar artır: Ölən var
-
“24 apreldə ortaya atılan məsələnin oyun olduğu hər kəs aydındır”
-
Ödənişli yolda qəza baş verib - Xəsarət alanlar var
-
“Tiktoker Əli Kərimli kompüteri qabağına qoyub danışır”
-
Heydər Əliyev sayəsində BAM-ın tikintisi ilə əlaqədar problemlər həll olundu - Veteran
-
“Azərbaycana qarşı məkrli niyyətlərini ortaya qoyublar”
-
“Qərb Azərbaycanla Emənistan arasındakı dialoqa nə qədər az müdaxilə etsə...”-deputat
-
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
-
Azərbaycan dünyada tanınmış idman ölkələrindən biridir - Çingiz Hüseynzadə