

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Rəyasət Heyətinin qərarı ilə yeni direktor təyin olunub.
Akademiyadan Trend-ə verilən məlumata görə, MEK-ə yeni direktor fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev təyin edilib.
O, bu gün kollektivə təqdim edilib.