Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib Hadisə

Pandemiya ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr üzrə müddətli əlavələr ödənilib

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə pandemiya ilə mübarizədə iştirak edən 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələrin ödənişi iş vaxtına mütənasib olaraq həyata keçirilib.