Kəlbəcərin təhsil statistikası açıqlanıb Hadisə

Kəlbəcərin təhsil statistikası açıqlanıb

Təhsil Nazirliyi Kəlbəcər rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 1992-1993-cü illərdə Kəlbəcər məktəblərinin sayı 96, müəllimlərin sayı 1113, şagirdlərin sayı 9747 olub.

2020-2021-ci tədris ilində Kəlbəcər məktəblərinin sayı 109, müəllimlərinin sayı 1952, şagirdlərinin sayı 15666-dır.