Kəlbəcərin səhiyyə statistikası açıqlanıb Hadisə

Kəlbəcərin səhiyyə statistikası açıqlanıb

27 ildən sonra işğaldan azad edilən Kəlbəcər rayonunun səhiyyə statistikası açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, işğaldan əvvəl rayonda 1 Mərkəzi Xəstəxana, 1 Uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib. Həmçinin, burada 9 aptek vətəndaşlara xidmət göstərib.

Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi.

Artıq Kəlbəcərdə həyat yenidən canlanacaq. Bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində dirçəlişin və mühüm yeniliklərin şahidi olacağıq. Çünki, biz Kəlbəcərə qayıdırıq.