Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf - FOTO Hadisə

Qarabağda dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər gördüm - Məşhur fotoqraf - FOTO

Mədəni, mənəvi, dini irsə qarşı təcavüz qəbuledilməzdir. Son bir neçə gün ərzində mən Qarabağda dağıdılmış qəbiristanlıqlar, yandırılmış evlər və tövləyə çevrilmiş məscidlər gördüm.

Bunu İran əsilli fransalı fotoqraf Rza Diqqəti öz "Facebook" səhifəsində yazıb.

Ağdam rayonundakı dağıntıların şəkillərini paylaşan fotoqraf 18-ci əsrə aid məscidin inək saxlama üçün istifadə olunduğunu bildirib:

"Bölgəni tərk etməzdən qabaq işğalçı apara bildiyini götürüb və məscidi yandırıb. Bərpa və rekonstruksiya uzun bir proses olacaq".