Sabahın hava şəraiti açıqlanıb Hadisə

Sabahın hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidməti dekabrın 3-də gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 10-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Dekabrın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Dekabrın 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.