TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib Hadisə

TƏBİB kütləvi KT və rentgen müayinələrinə aydınlıq gətirib

Narahatlıq hiss edən şəxsin dərhal özbaşına xəstəxanalara axışaraq kompüter tomoqrafiyasından keçməsi düzgün deyil.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə
Tibb Universitetinin professoru Akif Qurbanov deyib. Onun sözlərinə görə, səhhətindən şübhələnən şəxs xəstəxanada ağciyərini KT etdirir və nəticə yaxşı çıxdıqda arxayınlaşır:

"Belə olmaz. Bu xəstəlik yalnız sonda özünü ağciyərdə biruzə verir. COVİD-19-un müayinələrində rentgen və KT yalnız köməkçi vasitədir. Bu yoluxan şəxsin ağciyərində biruzə verməyə bilər. Bunun üçün yalnız PSR testi verilməlidir. Bu testin cavabı pozitiv olarsa, dərhal özünü təcrid etməli və iş yerinə məlumat verib müalicə olunmalıdır. Bu xəstəlik hətta simptomsuz da olur. Bu cür hallara diqqət etməliyik.

Hətta test nəticələri neqativ çıxsa da bu o demək deyil ki, həmin şəxsdə COVİD-19 yoxdur. Bütün hallarda insan özünü qorumalıdır".