Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq Hadisə

Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq

Dekabrın 5-dən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.