“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib - FOTO Hadisə

“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib - FOTO

“YAŞAT” Fondu ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı mühüm addımlar atır.

Ciddi fiziki travma alan qazilərimiz Şiraz Cəfərli, Qələndər Məmmədov və Rüfət İsmayılov “YAŞAT” Fondu tərəfindən zəruri tibbi müayinələrdən keçirilib və uğurla əməliyyat olunublar.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!

Qələbəni bizə yaşadanları birlikdə yaşadaq!