Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu prinsiplər əsasında keçirilir Hadisə

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bu prinsiplər əsasında keçirilir

Azərbaycanda koronavirusa qarşı peyvəndləmə bir sıra prinsiplər əsasında həyata keçirilir.

Koronavirusa qarşı vaksinasiya Strategiyası aşağıdakı prinsiplərə əsaslanır:

5.1.1. könüllülük - mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək vətəndaşın özünün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməsi;

5.1.2. təhlükəsizlik- əhalinin sağlamlığının qorunması və SARS-CoV-2 virusunun törətdiyi COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksinin seçilməsi;

5.1.3. şəffaflıq- vaksinasiya prosesinin maliyyələşdirilməsi (dövlət büdcəsi, Koronavirusla Mübarizəyə Dəstək Fondu və s.) və icrası barədə məlumatların əhaliyə şəffaf və əlçatan olması;

5.1.4. mərhələlilik- Strategiyanın hazırlıq, icra və vaksinasiyadan sonrakı mərhələlər şəklində ardıcıllıqla həyata keçirilməsi;

5.1.5. ədalətlilik- pandemiya ilə mübarizədə vaksinasiya hər bir fərd üçün (risk qruplarına prioritetlik verilməklə) onun gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparılması;

6 5.1.6. məsuliyyət-vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramının məsuliyyətli və vaxtında icra edilməsi;

5.1.7. əməkdaşlıq- pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə bütün maraqlı tərəflərlə konstruktiv əməkdaşlıq əlaqələrinin qurulması