AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb Hadisə

AMEA institutlarında yeni rəhbər vəzifələr yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifəsi yaradılıb.

Trend-in məlumatına görə, bunu AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.

Elmin təşkili üzrə müəyyən boşluqların olduğunu deyən A.Qəribov bu məqsədlə akademiyada bir sıra islahatlar aparıldığını söyləyib:

“Akademiyada aparılan islahatlar hələlik başlanğıcdır. İslahatlar tamamlandıqdan sonra normativ hüquqi aktların və AMEA-nın Nizamnaməsinin yenidən işlənməsi istiqamətində tədbirlər həyata keçiriləcək”.