Bu günədək tərxis edilmiş şəxslərlə bağlı komissiya 570 müraciəti yerində həll edib - FOTO Hadisə

Bu günədək tərxis edilmiş şəxslərlə bağlı komissiya 570 müraciəti yerində həll edib - FOTO

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 18-dək 2240 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 507 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 570 müraciəti yerində həll olunub.