Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Qanlı Yanvar şəhidlərinin xatirəsi Latviyada da anılıb

Qanlı Yanvar şəhidlərinin xatirəsi Latviyada da anılıb Hadisə

Qanlı Yanvar şəhidlərinin xatirəsi Latviyada da anılıb

Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Latviyada keçirilən müvafiq anım tədbirləri çərçivəsində Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov və səfirliyin kollektivi 1990-cı il yanvarın 20-də Bakıda və 1991-ci il yanvarın 20-də Riqa şəhərində törədilmiş və tarixə “Barrikada Günü” adı ilə həkk olunan eyni xarakterli faciənin qurbanlarının xatirəsinə ehtiramın ifadəsi olaraq Latviya Respublikasının Azadlıq abidəsi önündə təşkil edilən əklilqoyma mərasimində iştirak ediblər.

Qanlı Yanvar faciəsi ilə əlaqədar Latviyanın aparıcı “Riga TV 24” telekanalında “Qara Yanvar. 2 Nömrəli İş” sənədli filmi nümayiş etdirilib. Tarixi video-foto materiallar və hadisə şahidlərinin ifadələrinə əsaslanan və “1990-cı ildə Bakıda 20 Yanvar hadisələri” adı ilə təqdim edilən film latış dilinə tərcümə edilmiş və tərcümə subtitrlər ilə təqdim edilib.

Səfirliyin sifarişi ilə nümayiş etdirilən filmdə 20 Yanvar hadisələri Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizə əzminin ifadəsi olaraq təqdim edilib. Bu mövzuda keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu izah edilmiş, lakin Qanlı Yanvarın xalqımızın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyi, ölkəmizdə milli azadlıq hərəkatının daha da yüksəlməsi və nəticədə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasına yol açdığı diqqətə çatdırılıb.

Həmçinin filmdə 20 Yanvar faciəsinin səbəbləri, bu hadisələrin qurbanları, günahkarları və bu xüsusda keçmiş Sovetlər İttifaqı rəhbərliyinin yanlış qərar və qanunsuz əməlləri barədə geniş məlumat verilib. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Mixail Qorbaçov başda olmaqla 20 Yanvar faciəsinin əsas günahkarlarının hələ də öz layiqli cəzalarını almadığı qeyd edilərək, bu qanlı hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyi qeyd edilib. Ulu Öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni kəskin şəkildə qınayan və bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edən bəyanatlarla çıxış etdiyi diqqətə çatdırılıb.

Filmin sonuna “Azərbaycan xalqının milli azadlıq mübarizəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşdı, bununla da erməni millətçiləri və vaxtilə keçmiş sovet rəhbərliyi tərəfindən qızışdırılan münaqişəyə son qoyuldu” yazıları əlavə edilib.

Ekran əsərinin videoyazısı Latviyada xəbər proqramlarının izləyiciləri arasında tanınmış “XTV.LV” video platformasında yerləşdirilib.