"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB - FOTO Hadisə

"Elmlər Akademiyası"nın ətrafı hasara alındı - SƏBƏB - FOTO

Metronun "Elmlər Akademiyası" stansiyasında bərpa işləri aparılır.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, işlərin artıq ilkin mərhələsinə start verilib:

"Metronun "Elmlər Akademiyası" stansiyası üzərində yerləşən binanın fasadında bərpa işləri aparılır. Stansiyanın ətrafı hasarlanıb, bu, piyadaların təhlükəsizliyi üçün edilib".

B.Məmmədov əlavə edib ki, qarşıdakı müddətdə Nazirlər Kabineti yanında Operativ Qərargah metroda sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar verərsə, stansiyadan sərnişinlərin istifadə etməsi və təhlükəsiz daxil olub-çıxması üçün müvafiq şərait yaradılacaq.