Təhsil kreditləri yeni qaydalarla verilə bilər Hadisə

Təhsil kreditləri yeni qaydalarla verilə bilər

Təhsil kreditlərini iki qrup üzrə verməyi fikirləşirik.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci qrupda təhsil kreditinin daha aşağı sosial vəziyyəti olan şəxslərə faizsiz, ikinci qrupda kreditlərin bacarığa görə verilməsi nəzərdə tutulur.