Ombudsman azərbaycanlı əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib Hadisə
- 25 Yanvar 2021 10:09
- 1 687
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.
Ombudsman Aparatından verilən məlumata görə, hesabatda bildirilib: “Məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib".
Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.
Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.
Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.
Qeyd olunmalıdır ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla 14 müraciət ünvanlanıb.
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
-
Burkina-Faso üç fransız diplomatı arzuolunmaz şəxs elan etdi
-
İsveç Baş naziri COP29-a dəvət edilib
-
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
-
Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi
-
Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşib
-
Sabah Bakıda 27, bölgələrdə 30 dərəcə isti olacaq
-
Borrell Rəfahla bağlı İsrailə təzyiq etməyə çağırıb
-
Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq
-
Yeni Kaledoniya nümayəndəsi: Azərbaycanla əməkdaşlıq uğurla həyata keçirilir
-
DSMF: Pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Borrell: Qərb artıq İran məsələsində İsraili müdafiə etdiyini sübuta yetirib
-
Rusiya XİN: Qərb nüvə şantajı ilə məşğuldur
-
Qonşusunu öldürməkdə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayır
-
Azərbaycanda inklüziv təhsil: görülən işlər və həll yolları - ARAŞDIRMA
-
S&P: Bu il Azərbaycana real investisiyalar 3% artacaq
-
4-cü siniflərin son zəng keçirməsi valideynlərin təşəbbüsü ola bilər - Agentlik direktoru
-
MİQ-ə qatılan kişilərin sayı artıb? - AÇIQLAMA
-
I siniflərə qəbulda yeniliklər AÇIQLANDI
-
Azad edilən ərazilərdə 2 bağça fəaliyyət göstərir - Eşqi Bağırov
-
Kərim Fəyyaz yol qəzası nəticəsində həyatını itirib
-
Bu il ilk dəfə 6-cı siniflər üzrə monitorinqlər keçiriləcək
-
Birinci siniflərə sənəd qəbulunun vaxtı AÇIQLANDI
-
“WhatsApp”da daha bir yeni yenilik
-
Təkrar sertifikasiyada iştirak edəcək müəllimlərin sayı açıqlandı
-
İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq - Paşinyan
-
Hərbi pilotların təlim-məşq uçuşlarından görüntülər - VİDEO
-
Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanıldı
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb
-
Energetika naziri ABŞ-yə səfər edib
-
Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 39 müdir təyinatı olub
-
Azərbaycanda insan resursları ilə bağlı yeni dövlət standartı qəbul edildi
-
Ümumi təhsil müəssisələrində oxuyanların sayı açıqlandı
-
Palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilir
-
Motosikl və elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu müəyyənləşdi
-
Xaricdə işə düzəltmək adı altında vətəndaşların pulunu ələ keçirməyə görə iki şirkətin rəhbərinə cinayət işi açılıb
-
Dövlət Xidməti Amaras monastırında monitorinqlər aparıb
-
Almaniya polisi Rusiyaya casusluq etməkdə şübhəli bilinən iki nəfəri həbs edib
-
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
-
Hacıqabulda 21 yaşlı qadın itkin düşdü
-
“Bayer”lə “Liverpul” səfər sınağında
-
Azərbaycan neft ixracını azaldıb
-
Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur
-
Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq
-
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
-
Rusiyaya casusluq edən iki nəfər həbs edilib
-
Bədxassəli şişləri yaradan qida məhsulları açıqlandı
-
Ukraynanın raketləri məhv edilib
-
İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq
-
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
-
Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib
-
Güneyli aktivistlər prokurorluğa çağırılıb
-
Onkoloji xəstəliklərin 25 faizdən çox səbəbi qida faktorudur - Əhliman Əmiraslanov
-
Milli fəal saxlanılaraq həbsxanaya köçürüldü
-
İqtisadiyyat nazirinə yeni müavin təyin olundu
-
Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldı
-
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Paşinyan özünü "qurban verir": ermənilərlə onların sahibləri inanacaq?
-
Azərbaycana gətirilən qida məhsullarında GMO yoxdur - AQTA sədri
-
Jurnalist araşdırmaları Ermənistan hökumətinin korrupsiya fəaliyyətini ifşa etdi - Sensasion hesabat