Probasiya xidməti: Ötən il cəza çəkməkdən boyun qaçıran 245 məhkum tutularaq barələrində müvafiq tədbirlər görülüb Hadisə

Probasiya xidməti: Ötən il cəza çəkməkdən boyun qaçıran 245 məhkum tutularaq barələrində müvafiq tədbirlər görülüb

“Ötən il cəza çəkməkdən boyun qaçıran 245 məhkum tutularaq barələrində müvafiq tədbirlər görülüb”.

Bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Probasiya xidmətinin rəis müavini Musa Hümbətov bildirib.

Onun sözlərinə görə, ötən il ərzində cəzanın icrasından boyun qaçıran 1023 məhkumun cəzasının qanunvericiliyə uyğun olaraq daha ağır cəza növü ilə əvəz edilməsi ilə bağlı məhkəmələrə təqdimatlar verilib: “Onlardan 575-i təmin edilərək 78 halda islah işləri, 149 halda ictimai işlər, 218 halda azadlığın məhdudlaşdırılması və 309 halda isə azadlıqdan məhkum edilmə ilə əvəz olunub”.