Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - Rəis müavini Hadisə

Düşmən geri çəkilərkən yollarda maneələr qurub, körpüləri partladıb - Rəis müavini

Vətən müharibəsi zamanı düşmən geri çəkilən zaman yollarda maneələr qurub, körpülərin bütün əsas hissələrini partladıb və bir çox yollarda dağıntılar törədib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mühəndis-istehkam işləri və qoşunlarının idarə rəisinin müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, bu maneələr mühəndis-istehkam bölmələrinin qruplarının vasitələri ilə təmizlənib:
"Ötən ilin 27 sentyabrından etibarən mühəndis istehkam bölmələrində maneə ləğv etmə qrupları yaradılaraq bütün əks-hücum əməliyyatı həyata keçirən qoşunların, o cümlədən xüsusi təyinatlıların tərkibinə verilərək, qoşunların maneəsiz hərəkəti təmin edilib”.