Baş Prokurorluq təkzib edir Hadisə
- 26 Yanvar 2021 17:39
- 1 442
Bəzi kütləvi informasiya vasitələrində Novruzov Vəli Şirməmməd oğlunun “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvin Novruzovların, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə informasiyalar yayılmışdır.
Baş Prokurorluqdan Trend-ə bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin inşa edilmiş binada olan eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum edilmişlər.
Qeyd olunan cinayət işinin istintaqı üzrə Vəli Novruzovun “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin Kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun 2 oğlu və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapmışdır.
Eyni zamanda, “MTK-REAL” Mənzil tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə Kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilmişdir.
Beləliklə,Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 5 fevral 2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş və həmin qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə,cinayət-prosessual qanumbericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah edilmişdir.
-
Mirça Luçesku “Beşiktaş”a qayıdır
-
Moskvadakı terroru Amerika təşkil edib?
-
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
-
Küləyin sürəti güclənəcək - XƏBƏRDARLIQ
-
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
-
Tacikistanda "Crocus City Hall"dakı terror aktı ilə bağlı 9 nəfər saxlanılıb
-
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub
-
Ramazan ayına görə Qəzvində iş yerləri bağlandı
-
Sabirabad sakininə çoxsaylı xəsarət yetirilməsi ilə bağlı iş məhkəməyə göndərildi
-
Təbriz şəhəri Şahnaz küçəsinin tarixçəsi haqqında
-
Tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
-
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
-
İlin əvvəlindən ödəniş kartları ilə əməliyyatların həcmi kart əməliyyatlarının 61.8%-ni təşkil edib
-
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək
-
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
-
Artıq Tehranda səfirliyin açılması gözlənilmir
-
Ermənistan parlamentində Avropaya inteqrasiya ilə bağlı dinləmələr keçiriləcək
-
İsrailin Hələbə hücumu nəticəsində 3 Hizbullah üzvü həlak olub
-
Nobel Sülh mükafatçısı UNEC rektorunun müşaviri təyin olunub
-
“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb
-
Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb
-
Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü - FOTO
-
40 yaşında görünürəm - Bayden
-
“İpoteka götürmək istəyən jurnalistlərə elə münasibət göstərirlər ki...”-Siyavuş Novruzov
-
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
-
Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq
-
Bu halda ipotekaya xitam veriləcək
-
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
-
Bu şəxslərin maaşı ARTIRILIR
-
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
-
“Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər”
-
Narazı urmulu müəllim barədə həbs qərarı çıxarıldı
-
“Vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?”
-
Kukla Teatrı aprel repertuarını açıqlayıb
-
Təbriz şəhəri stadiumunda qadın azarkeşlərin iştirakına icazə verildi
-
Sara Təbrizi şübhəli şəkildə ölüb
-
Sabah 18 dərəcə isti olacaq
-
Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər
-
“Yerli özünü idarəetməni inkişaf etdirməsək bir çox problemləri həll edə bilməyəcəyik” - Qüdrət Həsənquliyev
-
Ermənistanda Solovyova qadağa
-
Rusiya və Qərbin əməkdaşlıq edəcəyi sahə qalmayıb - Lavrov
-
Moskvada terrorda xəsarət alanların sayı 382 nəfərə çatıb
-
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradıldı
-
İctimai-iaşə obyektlərinin sahiblərinə ÇAĞIRIŞ
-
Bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq
-
Portuqaliya, İspaniya ilə bir qrupda olmaq istəməzdik - Yığmamızın baş məşqçisi
-
Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir - İran XİN
-
“Terrorun əsas mənbəyi çirkli pullardır”
-
Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
-
“Onlar özlərinin iyrənc hisslərini düşünürlər”
-
“Bir ölkə vətəndaşın təhlükəsizliyini təmin edə bilmirsə...”
-
Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir
-
“İki ölkə parlamentinin sülh prosesinə hansə formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib”
-
Paşinyan ABŞ və Aİ-yə ümid bəsləyir
-
Zərşuran kəndinin əhalisi aksiya keçirib
-
Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı - Satmaq istəyənlər isə 3 dəfə artdı
-
XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu - Vüqar Rəhimzadə
-
Milli Məclisin iclası başlayıb
-
Rusiya daha 820 hərbçisini itirib