Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur - FOTO Hadisə

Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur - FOTO

Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.

Trend-in məlumatına görə, həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Həmin işlər bu gündən etibarən Gəncə şəhərində də həyata keçirilir.

Qeyd edək ki, dəymiş ziyanın aradan qaldırılması məqsədilə mülki obyektlərin təmiri və ya yenidənqurulması təşkil olunacaq.