Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadını qaynatasının öldürdüyü məlum olub Hadisə

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadını qaynatasının öldürdüyü məlum olub

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadını öldürən şəxs tutulub.

APA-nın məlumatına görə, ötən gün Nəsimi rayon ərazisində zibil qutusunda tapılan meyitin 1989-cu il təvəllüdlü Banu Məmmədova olduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, hadisə qayınatası İdris Məhərrəmov tərəfindən öldürüldüyü məlum olub.

İ. Məhərrəmov saxlanılaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, ötən gün Nəsimi rayon Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.