Rəmişin ölümü barədə xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ Hadisə

Rəmişin ölümü barədə xəbərlər həqiqəti əks etdirmir - RƏSMİ

Mədəniyyət Nazirliyi Azərbaycanın xalq artisti, virtuoz gitaraçı Rafiq Hüseynovun (Rəmiş) ölümü barədə məlumatlara aydınlıq gətirib.

Nazirlik sorğusuna cavab olaraq bildirib ki, musiqiçinin ölməsilə bağlı xəbərlər doğru deyil.

Qeyd edək ki, bir sıra yerli KİV-də sağlamlığı ilə bağlı problemləri olan R.Hüseynovun vəfat etməsi barədə məlumatlar yayıb.