Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı Hadisə

Azərbaycanda qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı

Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 2-si xristian olmaqla 14 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 955-ə çatıb.

Trend xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda məlumat verilib.