Vətən müharibəsi qazisi özünüməşğulluq proqramına cəlb edilib Hadisə

Vətən müharibəsi qazisi özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi qazisini özünüməşğulluq proqramına cəlb edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Astara rayon sakini Quliyev Eldar Fərzəli oğlu da Vətən müharibəsində iştirak edərək, Qələbəmizə öz töhfəsini verib.

Döyüşlər zamanı xəsarətlər almış qazimizi bu günlərdə evində ziyarət edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onun əlilliyinin qiymətləndirilməsinin aparılacağı barədə məlumat veriblər. Bildirilib ki, əlillik dərəcəsi təyin edildiyi halda qaziyə birdəflik və aylıq sosial ödənişlər veriləcək.

Ailənin sosial vəziyyəti öyrənilib. Müəyyən olunub ki, E.Quliyev müddətdən artıq hərbi xidmət edən şəxsdir. Anası I dərəcə əlilliyi olan şəxs kimi aylıq pensiya və təqaüdlə təmin edilir.

Ailəli olan Eldarın həyat yoldaşının hazırda işləmədiyi və istəyi nəzərə alınaraq o, un məmulatlarının istehsalı sahəsi üzrə kiçik müəssisəsini qurmaq üçün özünüməşğulluq proqramına cəlb olunub. Biznes planı uğurla müdafiə etdikdən sonra aktivlərlə təmin olunacaq.