Ukrayna aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu ilə uçuşları bərpa edir Hadisə

Ukrayna aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu ilə uçuşları bərpa edir

"Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu ilə yay reysləri təqvimini bərpa edir.

Trend-in məlumatına görə, reyslər martın 28-dən etibarən başlayacaq.

Bundan başqa, şirkət Tbilisi, London, Barselona, Milan, Paris, İstanbul və digər iri şəhərlərə uçuşları bərpa edəcək.