Bakıda qar daha bir qəzaya səbəb oldu - VİDEO Hadisə

Bakıda qar daha bir qəzaya səbəb oldu - VİDEO

Qarlı hava Bakıda fəsadlar törətməkdə davam edir.

Trend-in məlumatına görə, yolların qarlı olması səbəbindən avtomobil qəzaları davam etməkdədir.

Onlardan biri də, bu gün səhər Bakı Dairəvi-1 avtomobil yolunda, Lökbatan istiqamətində qeydə alınıb.

"Mercedes" markalı avtomobil sürücüsü yolun qarlı olması səbəbindən idarəetməni itirərək yol kənarına çırpılıb. Ətrafdakı insanların köməyi ilə avtomobilin sürcüsü maşından çıxarılaraq ilkin yardım göstərilib.