Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik Hadisə

Xaçmazın kəndlərində internet avadanlıqlarının modernləşdirilməsi davam edir - Nazirlik

Son dövrlərdə Xaçmaz rayonunun kəndlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən köhnə internet avadanlıqlarının yenisi ilə, optik şəbəkə vahidi (ONU - Optical Network Unit) ilə əvəzlənməsi, xətt şəbəkəsinin təmiri, şəbəkənin genişləndirilməsi üzrə işlər aparılır.

Bunu Trend-ə Nazirlikdən bildiriblər.

Qeyd olunub ki, hazırda bu proses davam etdirilir: "Bu günədək görülən işlər nəticəsində vətəndaşların telefoniya və internetlə təmin olunması səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Diqqətinizə çatdırırıq ki, hələ 2018-ci ildə pilot layihə qismində Xaçmaz rayonunun Xulovlu və Qaraçı kəndlərində LTE (uzunmüddətli inkişaf) simsiz şəbəkəsi istismara verilmiş, sakinlərin evərində qəbuledici avadanlıq quraşdırılmışdı. Hazırda bu kəndlərin sakinləri yüksək sürəti internet və digər multimedia xidmətlərindən istifadə edirlər".

Nazirlikdən bildiriblər ki, bütün regionlardan vətəndaşların müraciətləri qeydiyyata alınır və sakinlərin telefon rabitəsi və internet xidmətləri ilə təmin olunması üzrə işlər aparılır.