Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - Video Hadisə

Azərbaycanlı mütəxəssislərdən kənd təsərrüfatının inkişafına innovativ töhfə - Video

"İqlime" həmçinin anbarlar, apteklər və dükanlar, marketlər, server otaqları və xüsusi temperatur və rütubət rejimini tələb edən digər məkanlarda istifadə oluna bilər. Üstəlik, sistemi öz evinizdə temperatur və rütubəti daim nəzarətdə saxlamaq üçün də istifadə etmək olar. Qeyd edək ki, "İqlime" sistemi Proqram Təminatı tərtibatçısı və Binanı İdarəetmə sahəsində çalışan yerli "Kibrit.Tech" İT şirkəti tərəfindən yaradılıb. Layihənin əsas məqsədi ölkənin kənd təsərrüfatının texniki inkişafına xidmət etmək, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılmasına təkan vermək və istixana sahiblərinin işini asanlaşdırmaqdır. 2021-ci ilin fevral ayında "Kibrit.Tech" şirkəti özünün "İqlime" məhsulu ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin Mingəçevir Yüksək Texnologiyalar Parkına rezidentliyə qeydiyyata alındı. "İqlime" sistemi barədə daha ətraflı məlumat https://www.iqlime.az/ saytı vasitəsilə və yaxud (+994 12) 377 00 37 nömrəsinə zəng edib əldə etmək olar.