16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib Hadisə

16 hakimin işinə xitam verilib, 2 məhkəmə sədri məsuliyyətə cəlb edilib

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub.

Trend-in məlumatına görə, bunu Məhkəmə Hüquq Şurasının iclasında Şura sədri, ədliyyə naziri Fikrət Məmmədov deyib.

O bildirib ki, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.