Türkiyə Müdafiə naziri ölkədə helikopterin qəzaya uğramasının səbəblərini açıqladı Hadisə

Türkiyə Müdafiə naziri ölkədə helikopterin qəzaya uğramasının səbəblərini açıqladı

Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması qəfil pisləşən hava şərtləri səbəbindən baş verib.

Bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

H.Akar bildirib ki, ilkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması hava şəraitinin birdən pisləşməsi ilə əlaqədardır.

Nazir qeyd edib ki, fakt üzrə araşdırma başlayıb:

"Qəzanın dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcəkdir".

Nazir bildirib ki, faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumları axtarış və xilasetmə işləri, ölənlərin cəsədlərin və yaralananların təxliyə edilməsi üçün bütün qüvvələri səfərbər ediblər.