Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb Hadisə

Azərbaycanda peyvənd olunanların sayı 363 mini ötüb

Martın 4-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 26,601 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumatına görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 363,183 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.