Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb Hadisə

Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda 100-dən artıq yeni müraciətə baxılıb.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 6 iclası keçirilib və daxil olan müraciətlərin 650-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.